• çərşənbə axşamı, 19 mart, 09:07
  • Baku Bakı 8°C

Mahmud Abbas dünya dövlətlərini İsraili tanımaqdan imtina etməyə çağırıb

13.12.17 14:30 2292
Mahmud Abbas dünya dövlətlərini İsraili tanımaqdan imtina etməyə çağırıb
"İƏT-ə üzv ölkələr ABŞ-la münasibətlərini yenidən müəyyənləşdirməlidir”.
APA-nın məlumatına görə, bunu Fələstin rəhbəri Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında çıxışında deyib.
M. Abbas bildirib ki,Avropa İttifaqıİsrailin işğal etdiyi ərazilərdə istehsal olunan məhsulların satın alınmasına qadağa qoyub: "Bu qərar tam icra olunmur. İƏT də belə qərar qəbul edə bilər. Fələstin hakimiyyəti ABŞ konsulluğu ilə əlaqələri dayandırıb. Bu, çətin addımdır və müsəlman ölkələri də belə addım ata bilər. Dünya dövlətlərini İsrail dövlətini tanımaq barədə qərarlarını ləğv etməyə də çağırıram. İsrail qurulduqdan sonrakı dövrdəBMT-nin heç bir qərarını yerinə yetirməyib. İsrailBMTqərarlarını yerinə yetirmək şərti ilə bu quruma qəbul olunub, ancaqBMT-nin heç bir qərarını yerinə yetirməyib”.
M. Abbas iki dövlətli həll variantına tərəfdar olduqlarını nəzərə çatdırıb: "Dünyada Fələstini tanıyan dövlətlərin sayı İsraili tanıyan dövlətlərin sayından çoxdur. ABŞ veto qoysa da, bizBMT-yə üzv olmaq üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik. İsraillə aramızda dostluq anlaşması var, İsrail buna riayət etməzsə, biz də bu sazişi nəzərə almayacağıq. Biz işğal altındayıq, İsrailə deyəcəyik ki, işğal altında olduğumuz üçün kanalizasiya, digər infrastruktur layihələri yerinə yetirsin. 1 milyard dollar büdcəyə malik bir dərnək yaradılarsa, Qüdsdə gənclərin təhsillərinə davam etdirməsinə nail ola bilərik”.
banner

Oxşar Xəbərlər