• bazar ertəsi, 07 iyul, 02:23
  • Baku Bakı 26°C

Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib

26.10.20 10:00 543
Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib
Venesuela alimləri koronavirus infeksiyasına qarşı mübarizədədərmanpreparatıhazırlayıblar.
APA"TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə ölkə prezidenti Nikolas Maduro çıxış edib.
"Tədqiqat altı ay davam etdi və nəticələr sağlam molekullara toksik təsir göstərmədən COVID-19 virusunun 100% məhv edildiyini göstərir”, - Maduro belə deyib.
Onun sözlərinə görə, yaxın günlərdə ölkə Venesuela Elmi Tədqiqatlar İnstitutu tərəfindən aparılan işlərin nəticələrini Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edəcək: "ÜST tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu molekulun kütləvi istehsalı üçün beynəlxalq birliklər axtarmağa başlayacağıq”.

banner

Oxşar Xəbərlər