• cümə, 29 Mart, 13:15
  • Baku Bakı 14°C

"Madagizdəki erməni əsgərləri döyüşə girməkdən imtina edir, döyüş əməliyyatı rayonunu tərk edirlər"

29.09.20 14:38 468
"Madagizdəki erməni əsgərləri döyüşə girməkdən imtina edir, döyüş əməliyyatı rayonunu tərk edirlər"
"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb: "Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər”.
banner

Oxşar Xəbərlər