• cümə axşamı, 25 aprel, 15:02
  • Baku Bakı 23°C

Macarıstanlı nazir: “Hər zaman demişik ki, Azərbaycanın suverenliyi bərpa olunmalıdır”

10.03.21 13:12 656
Macarıstanlı nazir: “Hər zaman demişik ki, Azərbaycanın suverenliyi bərpa olunmalıdır”
"Cənab Prezident, bildiyiniz kimi, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır”.
APAxəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.
Nazir bildirib ki, son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşu: "Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik”.

banner

Oxşar Xəbərlər