• cümə, 19 Aprel, 04:09
  • Baku Bakı 18°C

Lüksemburqda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan musiqi proqramı təqdim ediləcək

11.02.17 11:45 1091
Lüksemburqda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan musiqi proqramı təqdim ediləcək
Fevralın 23-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi ilə Lüksemburqda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən musiqi proqramı təqdim edəcək.
AZƏRTACxəbər verir ki, bu barədə məlumatı Avropa Azərbaycan Cəmiyyəti özünün "facebook” səhifəsində yerləşdirib.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təqdim ediləcək musiqi proqramında Nəzrin Əfəndiyeva (fortepiano), Astrid Qallez (yan fleyta) və Mari-Karmen Suarez (skripka) Azərbaycan, alman, rus və fransız bəstəkarlarının klassik və müasir əsərlərini səsləndirəcəklər.
banner

Oxşar Xəbərlər