AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Lukaşenko: Belarusda xaos olmayacaq

Lukaşenko: Belarusda xaos olmayacaq

Siyasət
09 Avqust 2020, 18:15 445
Prezident seçkilərindən sonra Belarus xaos və vətəndaş müharibəsinə sürüklənməyəcək.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.
A. Lukaşenko deyib ki, bütün variantlar nəzərdən keçirilir: "Ancaq sabah ölkənin xaosa, qarşıdurmaya, vətəndaş müharibəsinə sürüklənəcəyi barədə danışmağın əsası yoxdur".
Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, "Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.