• cümə axşamı, 28 mart, 21:09
  • Baku Bakı 13°C

Böyük Britaniya parlamentinin önündə atışma: ölənlərin sayı artır - Yenilənib

22.03.17 20:03 874
Böyük Britaniya parlamentinin önündə atışma: ölənlərin sayı artır - Yenilənib
Londonda parlamentin önündə baş vermiş iki terror aktı nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. Bu barədə Trend "AP" agentliyinə istinadən xəbər verir.
----------
20:37
Londonda parlamentin önündə baş vermiş atışma nəticəsində yaralanın biri dünyasını dəyişib.
Trend-in "BBC" agentliyinə istinadən verdiyinə görə, bu barədə London mərkəzi xəstəxanasının həkimi bildirib.
Onun sözlərinə görə, digər yaralıların vəziyyəti ağırdır.
----------
20:03
Böyük Britaniya parlamentinin önündə atışma olub.
"Reuters" agentliyinin məlumatına görə, hadisə nəticəsində 12 nəfər yaralanıb.
Londonda atışma baş verən körpüdə naməlum şəxs piyadaların üzərinə avtomobili sürüb.
Hücumun terror aktı olduğu istisna edilmir.
Faktla bağlı araşdırılma aparılır.



banner

Oxşar Xəbərlər