• çərşənbə axşamı, 23 aprel, 23:32
  • Baku Bakı 20°C

“Lombardlar haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq

03.06.20 14:07 471
“Lombardlar haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq
Milli Məclisin növbədənkənar sessiyasında "Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu barədəAPA-ya açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, bu qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi komitənin də iş planına daxil edilib: "Növbədənkənar sessiyanın sonuna qədər biz bu qanun layihəsinə baxmalıyıq. Komitədə bununla bağlı İşçi qrup yaradılıb, artıq 1 aya yaxındır ki, qanun layihəsi üzərində iş gedir. İşçi Qrup mövcud vəziyyətin tam araşdırılması üçün lombardların özü ilə də görüş keçirib. Qanun layihəsində bir çox dəyişiklik edilib”.
Qeyd edək ki, "Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasının İşlər Planına daxil edilsə də, yaz sessiyasında qanun layihəsi müzakirəyə çıxarılmayıb.
banner

Oxşar Xəbərlər