AZE | RUS | ENG |


Ölkəyə qaçaq yolla gətirilmiş külli miqdarda ekstazini yaymaq istəyən şəxslər tutulub

Ölkəyə qaçaq yolla gətirilmiş külli miqdarda ekstazini yaymaq istəyən şəxslər tutulub
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb. 
 
DTX-nin ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu saxlanılıblar.
 
Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbi, habelə külli miqdarda güclü təsiredici "Preqabalin” maddəsi aşkarlanaraq, götürülüb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001