• çərşənbə, 24 Aprel, 18:42
  • Baku Bakı 23°C

Ölkədə virusun nə vaxta pik həddə çatması və ya azalması araşdırılır

02.04.20 14:21 1802
Ölkədə virusun nə vaxta pik həddə çatması və ya azalması araşdırılır
Ölkədə 35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs 2 dəfə, sağalanlar ən azı 3-4 dəfə yoxlanılır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
Y.Qarayeva deyib ki, ölkədə virusun nə vaxt pik həddə çatıb, nə vaxt azalmasının statistikası aparılır:
"İlk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var. Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bu yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxta pik həddə çatması və ya azala bilməsi üzərində işlər aparırlar".
banner

Oxşar Xəbərlər