AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ölkədə oğurluq telefonlardan istifadə mümkün olmayacaq

Ölkədə oğurluq telefonlardan istifadə mümkün olmayacaq

İqtisadiyyat
18 Fevral 2013, 14:21 1430
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmiorovun Lent.az-a verdiyi məlumata görə, Mobil Cihazların Qeydiyyat Mərkəzi “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarına uyğun olaraq yaradılıb.

Mərkəzdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, qeyd olunan qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulub. MCQS tam fəaliyyətə başladıqdan sonra qeydiyyatsız, oğurluq və klon cihazların İMEİ nömrələri identifikasiya olunaraq mobil telekommunikasiya şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.

Qeyd edək ki, respublika ərazisində fəaliyyət göstərən mobil telekommunikasiya operatorları sistemə qoşularaq real vaxt rejimində məlumat mübadiləsini təmin edəcəklər.