• şənbə, 20 Aprel, 12:02
  • Baku Bakı 23°C

Ölkə üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

15.08.17 12:40 727
Ölkə üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

Bu gündən respublika üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, sənədlərin qəbulu sentyabrın 15-dək davam edəcək. Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.
O qeyd edib ki, məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; BiMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə daxildir.
Bu qruplara 5 yaşı həmin ili tamam olan uşaqlar cəlb edilir. Burada təhsil dövlət hesabına həyata keçirilir. Məktəbə hazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayıb, mayın 31-də başa çatacaq.

banner

Oxşar Xəbərlər