Ölkə üzrə 188 min tondan artıq pambıq tədarük olunub
Azərbaycanda 188 min 669,83 ton pambıq tədarük olunub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, ötən gün ölkə üzrə qəbul məntəqələrinə 639,95 ton pambıq təhvil verilib.