AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ölkə ictimaiyyətində Milli Şuraya maraq yoxdur”

“Ölkə ictimaiyyətində Milli Şuraya maraq yoxdur”

Siyasət
13 İyun 2013, 15:10 1301
“Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtdığı təqdirdə həbs olunub-olunmayacağı məsələsinə münasibət bildirməkdə çətinlik çəkirəm. Hüquqi müstəvidə bu məsələyə münasibətin necə olduğunu yəqin ki, hüquq-mühafizə orqanları daha yaxşı bilirlər”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icraçı katib Əli Əhmədov deyib. R. İbrahimbəyovun rəhbərlik etdiyi qurumda başlanan yoxlamalara işarə edən Ə. Əhmədov əlavə edib ki, Azərbaycanda gedən ictimai-siyasi proseslərdə Rüstəm İbrahimbəyovun harasa gedib-gəlməsi haqqında müzakirə mövzusu deyil: “Bir sıra müxalifət qəzetlərindən başqa Rüstəm İbrahimbəyovun nə ilə məşğul olması kimsəni düşündürmür. Hesab edirəm ki, mətbuatda Milli Şuraya onun səviyyəsindən qat-qat böyük diqqət müşahidə olunmaqdadır. Azərbaycanda apardığımız bütün müşahidələr onu göstərir ki, ölkə ictimaiyyətində Milli Şuraya maraq yoxdur”.

O qeyd edib ki, Milli Şuranın fəaliyyəti ölkənin ictimai fikrinə hər hansı təsir göstərmir: “Bu quruma toplaşanlar ölkə həyatında həlledici söz sahibi deyillər. Azərbaycanın ictimai-siyasi ovqatını ölkədə İlham Əliyevin həyata keçirdiyi siyasət, onun uğurları müəyyənləşdirir. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin növbəti seçkilərdə namizədliyinin irəli sürülməsini dəstəkləyir. Əgər biz bir sorğu aparsaq, Milli Şura ilə bağlı söylədiklərimin həqiqət olduğunu görərik. Reallıq və həqiqət bundan ibarətdir”.