• şənbə, 27 Aprel, 03:22
  • Baku Bakı 14°C

"Liverpul" tarixində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub

22.12.19 09:40 625
"Liverpul" tarixində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub
Bu gün Qətərdə Klublararası Dünya Çempionatının final oyunu keçirilib.
Trend-in məlumatına görə, finalda İngiltərənin "Liverpul" klubu ilə Braziliyanın "Flamenqo" klubu qarşılaşıblar.
Oyunun əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Uzatmalara gedən oyun Roberto Firminonun 99-cu dəqiqədə vurduğu qolla "Liverpul"un qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Liverpul" tarixi ərzində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub.
banner

Oxşar Xəbərlər