“Liverpul” eyni gündə ayrı-ayrı qitələrdə meydana çıxacaq?
"Liverpul”
İngiltərə Liqa Kubokunun 1/4 final qarşılaşması ilə bağlı liqa rəhbərliyi ilə
danışıqlara başlayıb.
Kaspi.az xəbər
verir ki, "Liverpul” 1/4 finalda "Aston Villa” ilə qarşılaşacaq. Bu oyun
dekabrın 18-nə planlaşdırılıb.
Həmin gün
"Liverpul” klublararası dünya çempionatında yarımfinal oyununda meydana
çıxmalıdır. Buna görə də, klub rəhbərliyi "Aston Villa” ilə oyunun vaxtının dəyişdirilməsini
istəyir.
Ancaq bu məsələdə
də problem yaranıb. Məsələ burasındadır ki, bu görüşün yanvarın 8-də keçirilməsi
planlaşdırılır. Ancaq həmin günə həm də İngiltərə kubokunun yarımfinal oyunları
salınıb.
Aşqa bir variant
isə odur ki, "Liverpul” eyni gündə müxtəlif heyətlərlə meydana çıxır. Sözsüz
ki, əvəzedici heyət Liqa kubokunda, əsas heyət isə Dohada meydana çıxmalıdır.
Belə olan təqdirdə,
məşqçilər heyəti də iki yerə ayrılacaq. Klopp Qətərə gedəcək, digərləri isə
Liqa kuboku üçün İngiltərədə qalacaq.