• çərşənbə axşamı, 19 mart, 07:06
  • Baku Bakı 8°C

Livanın Milli Xəbər Agentliyi Bakı Şopinq Festivalı haqqında məqalə dərc edib

23.10.17 16:31 2983
Livanın Milli Xəbər Agentliyi Bakı Şopinq Festivalı haqqında məqalə dərc edib
Livanın Milli Xəbər Agentliyi (NNA) Bakıda keçirilən şopinq festivalı barədə məqalə dərc edib. "II Bakı Festivalı: rəngarəng tədbirlər, daha çox turistin cəlbi və alıcılıq qabiliyyətinin stimullaşdırılması” adlanan məqalədə Bakıda turistlər, alıcılar üçün yaradılan şərait, festival ərəfəsində irəli sürülən maraqlı təkliflər barədə məlumat verilir.
Yazıda vurğulanır ki, bu festivalın təşkilindən məqsəd ölkəyə turist axının təşviqi, əhalinin alıcılıq qabiliyyətinin artırılmasıdır.
Məqalədə Azərbaycana son aylarda gələn turistlərin sayı barədə məlumat verilir. Bildirilir ki, ilin əvvəlindən bəri Azərbaycana gələn turistlərin sayında 21% artım qeydə alınıb.
Həmçinin qeyd olunur ki, bu ilin 8 ayı ərzində xarici turistlər ölkəmizdə 703 milyon dollar xərcləyiblər ki, bu da ötən illə müqayisədə 100 milyon dollar çoxdur.
Livan Milli Xəbər Agentliyi Azərbaycanda turizmin inkişafında bu ildən keçirilən şopinq festivalların rolunu qeyd edib.

banner

Oxşar Xəbərlər