• cümə axşamı, 28 mart, 16:37
  • Baku Bakı 16°C

Livan hökuməti tam tərkibdə istefa verib

10.08.20 20:20 735
Livan hökuməti tam tərkibdə istefa verib
Livanın Baş Naziri Həsən Diyab keçirdiyi mətbuat konfransında hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.
AZƏRTACxəbər verir ki, "Hezbollah” hərəkatının nümayəndələrinin də təmsil olunduğu koalisiya hökumətinin dörd naziri artıq öz istefasını bəyan etmişdi. Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra ölkədə davam edən etirazlar fonunda korrupsiya və pis idarəçilikdə ittiham edilən Nazirlər Kabineti istər daxildən, istərsə də beynəlxalq aləmdən gələn təzyiqlərlə üzləşmişdi.
Yaxın saatlarda Baş Nazir hökumətin istefasını təqdim etmək üçün Livan Prezidenti Mişel Aun ilə görüşəcək. Bundan başqa, ölkədə növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi gözlənilir.
Avqustun 4-də Beyrutda baş vermiş partlayış qurbanlarının sayı isə 160-a çatıb.
banner

Oxşar Xəbərlər