• cümə axşamı, 18 aprel, 08:09
  • Baku Bakı 12°C

Leyla Ramazanlıdan “Çox özəl” - Video

10.01.17 11:20 1253
Leyla Ramazanlıdan “Çox özəl” - Video
Müğənni Leyla Ramazanlı ilin ilk mahnısını izləyicilərinə təqdim etdi. Belə ki, müğənni üzərində çalışdığı "Çox özəl” mahnısını artıq "YouTube” kanalına yerləşdirib. Yeni mahnısı ilə tamaşaçılarının görüşünə gələn Leyla Ramazanlı fotosesiya da etdirib. Şəkillərin müəllifi isə "KamranAydınov studio”dur.
Müğənni Kaspi.az saytına açıqlamasında bu mahnının onun könlünə yatdığını da qeyd etməyi unutmadı: "Bəstəkar Pərviz Mahmudov mahnını mənə göstərəndə onu dinlədim və çox bəyəndim. Əgər ilk dinləmədən mahnı mənim ürəyimə yatırsa hər zaman onun uğur gətirəcəyinin şahidi oluram. Bu mahnı ürəyim yatdığı üçün elə ilk dinləmədən oxumaq istədim. Mahnı ürəyimcədir. Ümid edirəm ki, bu mahnı da digər mahnılarım kimi seviləcək”.

Qeyd edək ki, mahnının musiqisi Perviz Mahmudova sözləri Leyliyə, aranjemanı isə Hakan Erola məxsusdur.





banner

Oxşar Xəbərlər