• çərşənbə, 24 Aprel, 12:15
  • Baku Bakı 27°C

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası - Moskvada

17.06.14 12:12 991
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası - Moskvada
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiya Rusiya Federasiyasının bir nömrəli qan köçürmə mərkəzi olan Seçenov adına Moskva Tibb Akademiyasının kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən həyata keçirilən bu ilki aksiyada azərbaycanlı tələbələrlə yanaşı ümumilikdə Moskvanın ali məktəblərinin 300-ə yaxın nümayəndəsi iştirak edib.
Səhər saatlarından başlayaraq axşamadək davam edən aksiyaya tələbələrlə yanaşı, universitetin əcnəbi tələbələrlə iş dekanlığı və beynəlxalq şöbəsinin əməkdaşları, müəllimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər təşkilatının üzvləri də qoşulublar.
Qeyd edək ki, son 6 ildə gənclər təşkilatı əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.
Aksiyadan sonra institutun hematologiya kafedrasında mətbuat konfransı keçirilib. Konfransda Heydər Əliyev Fondunun bu cür aksiyaların təşkilində hər zaman maraqlı olduğu və gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulduğu bildirilib.
banner

Oxşar Xəbərlər