• şənbə, 20 Aprel, 16:48
  • Baku Bakı 23°C

Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

19.10.17 16:20 2788
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla ƏliyevaBMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamandaBMT-nin İnkişaf Proqramı vəBMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.
Heydər Əliyef FondundanAPA-ya verilən məlumata görə, görüşdə IDEA iləBMTsisteminin qurumları arasında yeni əməkdaşlıq imkanları, o cümlədənBMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit problemlərinin həllində birgə fəaliyyət perspektivləri müzakirə edilib.
HəmçininBMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihə ətrafında fikir mübadiləsi aparılıb.
Layihənin məqsədi Azərbaycanın özünəməxsus, dünyada nadir rast gəlinən bioloji müxtəliflik nümunələrinin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və səmərəli idarə olunmasıdır.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Qızılağac Dövlət Təbiət Qoruğu kompleksində aparılan yenidənqurma və təkmilləşdirilmə işləri nəticəsində Azərbaycanda regionun ilk xüsusi mühafizə olunan dəniz ərazisi yaradılacaq.
Görüşdə ətraf mühit, davamlı inkişaf və digər məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi və daha da gücləndirilməsi barədə razılığa gəlinib.
banner

Oxşar Xəbərlər