• cümə, 29 Mart, 18:12
  • Baku Bakı 14°C

Levandovski rekord müəyyənləşdirdi, indi söz Ronaldonundur

06.10.17 12:50 1527
Levandovski rekord müəyyənləşdirdi, indi söz Ronaldonundur
Polşa yığması DÇ-2018-in seçmə mərhələsində səfərdə Ermənistana 6:1 hesabı ilə qalib gəlib.
Kaspi.az xəbər verir ki, Polşa yığmasının hücumçusu Robert Levandovski bu oyunda het-trik edib. Bununla da o, cari seçmə mərhələdə vurduğu qolların sayını 15-ə çatdırıb.
Levandovski bu nəticə ilə rekord müəyyənləşdirib. Əvvəlki rekord Almaniya yığmasının sabiq üzvü Herd Müllerə məxsus olub. O, 14 qol vurub. Maraqlıdı ki, Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo da cari seçmə mərhələdə 14 qol vuraraq, Müllerə çatıb.
Onun polşalını keçmək şansı var. Portuqaliya yığmasının seçmə mərhələdə 2 oyunu qalıb, Polşa isə bir dəfə meydana çıxacaq.
banner

Oxşar Xəbərlər