• cümə axşamı, 25 aprel, 12:25
  • Baku Bakı 23°C

Leonid Slutski: “Prezident İlham Əliyev bütün postsovet məkanında çox böyük siyasi xadimdir”

24.12.16 11:15 883
Leonid Slutski: “Prezident İlham Əliyev bütün postsovet məkanında çox böyük siyasi xadimdir”
"Prezidentİlham Əliyevbütün postsovet məkanında çox böyük siyasi xadimdir. O, çox güclü, eyni zamanda, hər bir azərbaycanlının fəxr etdiyi mehriban insandır”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının TASS informasiya agentliyində keçirilən təqdimatında bildirib.
L. Slutski bildirib ki, İlham Əliyevprezident olduqdan sonra vəziyyəti çox da sadə olmayan bir ölkəyə rəhbərlik etməyə başlayıb: "Azərbaycanda çadır şəhərciklərində yaşayan təxminən bir milyon qaçqın var idi. Dövlət başçısı ölkə, dövlətçilik, iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə şəxsən məşğul olurdu. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan güclü, sabit ölkəyə çevrildi və dünyanın ən inkişaf edən iqtisadiyyatından birinə malik oldu”.
L.Slutski vurğulayıb ki, bu gün ölkə iqtisadiyyatının bütün sahələri uğurla inkişaf edir: "Bu inkişafı təkcə Bakı və digər böyük şəhərlərdə yox, ölkənin bütün guşələrində müşahidə etmək olar. Azərbaycan sistemli iqtisadi inkişaf yolu ilə gedir. Bu inkişafda dövlət başçısının böyük rolu var və o, bütün istiqamətlərdə çox peşəkarcasına aydın fəaliyyət planı qurur”.
Rusiya-Azərbaycan əməkdaşlığından danışan L.Slutski bildirib ki, iki ölkəni bütün sahələrdə çox sıx əlaqələr birləşdirir: "Bakı Humanitar Forumu humanitar sahədə mühüm meydançalardan biri olub.Ölkələrimiz arasında hələ də həyata keçirilməyən çoxlu resurslar var. Bu barədə Bakıda Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasında da söhbət açılıb. Ölkələrimiz arasında ilk növbədə, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq artacaq”. L.Slutski Prezident İlham Əliyevi 55 yaşı münasibətilə təbrik edib və dövlətimizin başçısına uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər