• çərşənbə, 24 Aprel, 23:23
  • Baku Bakı 23°C

Lənkəranın sosial-iqtisadi inkişafına vəsait ayrıldı

29.07.13 16:57 1452
Lənkəranın sosial-iqtisadi inkişafına vəsait ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, 47 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Vilvan-Zövlə-Boladı-Liman avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon (iki milyon beş yüz min) manatı Lənkəran Şəhər İcra Hakimiyyətinə ayrılıb.
banner

Oxşar Xəbərlər