Lənkəranda məktəblilər narkotiklərlə mübarizə mövzusunda maarifləndiriliblər
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji
Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan "İnsan ekologiyası : Gənclər narkotiklərər YOX
deyirlər! yürüşünün təşkili” mövzusunda layihəyə start verilib.
İctiami Birlikdən
verilən məlıumatda qeyd olunur ki, aprel
ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində-
Lənkəran və Astara rayonlarının seçilmiş məktəblərində həyata keçiriləcək. Layinənin birinci mərhələsi çərçıvəsində Lənkəran şəhər 8 saylı tam orta məktəbində
yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminar təşkil olunub.
Tədbirlərdə çıxış edən natiqlər
müasir dövrümüzdə insanlıq
üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu
problemlə mübarizənin bir o qədər asan olmadığını bildiriblər. Qeyd olunub ki,
narkomaniya insanın həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə
gətirib çıxaran ağır xəstəlikdir. Belə ki, narkotik maddə təkcə onu qəbul edən
insanı məhv etmir, həmçinin, narkomanın ailə üzvlərinin də sağlamlığına mənfi təsir
göstərir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə
böyük zərbə vurmaqla yanaşı,
sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və
sağlamlığına ciddi təhlükə yaradır, eyni zamanda cinayətkarlığın artmasına səbəb
olur.
Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş
narkomaniya Azərbaycan vətəndaşlarındanda yan keçməyib. Gənclər və
yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici
problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə
aydın olur ki, narkotik vasitə istifadəçilərin
əksəriyyəti yeniyetmələr və gənclərdir.
Mütəxəssislərin fikrincə onları təsir altına salmaq daha asan olur.
Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə
inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu
zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur
ki, bu sahədə təbliğatın, məlumat xarakterli fəaliyyətlərin
böyük rolu vardır. Doğrudur, son illər
respublikamızda bu ümumbəşəri bəlaya və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənib, bu
sahəyə cavabdeh olan dövlət orqanları
ciddi tədbirlər həyata keçirirlər. Lakin narkomaniya elə bir bəladır ki,
onun qarşısını bir neçə qurumun köməyi ilə almaq mümkün deyil.Bu işə
ictimaiyyət, o cümlədən QHT-lər də yardım göstərməlidirlər. Layihənin narkomaniyanın
nisbətətn geniş yayıldığı cənub bölgəsinin məktəblərində icra olunmasında əsas
məqsəd məhz budur.
Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin vasitəsilə seçilmiş təhsil
ocaqlarında narkomaniya problemi ilə bağlı əlaqələndirici şəxslərin yetişdirilməsi
və onların vasitəsilə yeniyetmələr və gənclərin arasında təlimlərın aparılması
nəzərdə tutulur. Son bir addım olaraq əhalinin bu problemli məsələyə və onun həllinə
yaxından cəlb olunması üçün yürüşun təşkil olunması və məlumat xarakterli
materialların paylanılması planlaşdırılır.