• cümə, 19 Aprel, 08:24
  • Baku Bakı 13°C

Lənkəranda intihara cəhdin qarşısı alınıb

26.12.19 09:15 508
Lənkəranda intihara cəhdin qarşısı alınıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
banner

Oxşar Xəbərlər