• cümə, 26 Aprel, 02:54
  • Baku Bakı 16°C

“Lazım olan an güc tətbiq edəcəyik və bunu gizlətmirik”

22.06.20 09:30 457
“Lazım olan an güc tətbiq edəcəyik və bunu gizlətmirik”
"Mən Müdafiə naziri olaraq Prezidentİlham Əliyevə, bütün Azərbaycan xalqına Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi tapşırığını yerinə yetirməyəhazır olduğunu məruzə edirəm”.
"Report"un xəbərinə görə, bunu Müdafiə naziri, general-polkovnikZakir HəsənovCBC-yə müsahibəsindədeyib.
O, son 2 ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəgərginliyin azalmasına baxmayaraq, ordumuzun bu vaxtı boşa vermədiyinivurğulayıb.
"Dediyim kimi, biz bu vaxtdan öz işlərimiz üçün istifadə etdik. Digər tərəfdən, Ali Baş Komandanınson çıxışlarını hamımızdinləmişik. O deyib ki, bütün dünyada güc ön plana çıxır. Yəni biz ordumuzu gücləndiririk və biz ordumuzdan bu məsələnin həlli üçün istifadə edəcəyik.
Prezident öz çıxışlarında tamamilə dəqiqliklə bizim necə hərəkət edəcəyimizi müəyyənləşdirib. Kompleks tədbirlər: bu həm siyasi, həm iqtisadi, həm də hərbi təzyiqdir. Lazım olan anda - və o an, ümid edirəm, yaxın vaxtda gələcək – biz güc tətbiq edəcəyik. ğ
Biz bunu gizlətmirik. Görünür, danışıqlar prosesinə ümid hələ ki tükənməyib. Düzdür, məndanışıqlarda iştirak etmirəm, amma belə düşünürəm.Mənim qarşımda duran vəzifəhazır olmaq və istənilən vaxt döyüşə başlamaqdır”.
banner

Oxşar Xəbərlər