• cümə, 29 Mart, 09:51
  • Baku Bakı 5°C

Lavrov Türkiyənin "Barış bulağı" hərbi əməliyyatının başa çatdığını bildirib

23.10.19 10:45 359
Lavrov Türkiyənin "Barış bulağı" hərbi əməliyyatının başa çatdığını bildirib
"Türkiyənin Suriyanın şimal-şərqindəki "Barış bulağı" hərbi əməliyyatları başa çatıb. Bundan sonra hər şey kürd qruplaşmalarının geri çəkilməsindən asılı olacaq".
APA-nın Rusiya bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Əmıliyyatlar başa çatıb. İndi hər şey razılıqların necə icra olunmasında, o cümlədən kürd qruplaşmalarının qüvvələrini geri çəkməsindən asılı olacaq", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı 6 saatdan çox danışıqlar keçirilib. Danışıqların yekunu ilə bağlı Putin və Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Danışıqların yekunu ilə bağlı birgə Memorandum qəbul olunub.
banner

Oxşar Xəbərlər