• şənbə, 27 Aprel, 08:04
  • Baku Bakı 12°C

Lavrov Tillersonla Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib

23.06.17 09:10 1073
Lavrov Tillersonla Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib
Rusiya XİN rəhbəriSergey Lavrovvə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub.APA-nın xəbərinə görə, bu barədə məlumat nazirliyin rəsmi saytında dərc edilib.
"İkitərəfli dialoqun perspektivlərinin müzakirəsi zamanı S.Lavrov, Vaşinqtonun iyunun 20-də tətbiq etdiyi yeni sanksiyalara toxunaraq, Rusiyaya qarşı bu vasitə ilə təzyiq göstərmək cəhdlərinin xam xəyal olduğunu qeyd edib. Bu cür hərəkətlər onsuzda çətin dövr yaşayan Rusiya-ABŞ münasibətlərini kompleks şəkildə ciddi risk altına atır”, - deyə məlumatda bildirilir.
Lavrov həmçinin, Rusiya tərəfinin münasibətlərin normallaşdırılmasına dair Vaşinqtona irəli sürülən təklifə cavab gözlədiyini qeyd edib.
banner

Oxşar Xəbərlər