• cümə, 29 Mart, 16:39
  • Baku Bakı 14°C

Lavrov: Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır

20.11.17 13:28 1944
Lavrov: Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır
Diplomatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.
Nazir deyib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunduq. Münqaişə heç kimə sərf etmir. Həll yolunu tapmaq lazımdır. Biz ATƏT-in Minsk qrupunun həmsədri kimi qarşlıqlı qəbul edilən sülh yollarını axtarmaqda davam edəcəyik".
banner

Oxşar Xəbərlər