• cümə axşamı, 25 aprel, 18:49
  • Baku Bakı 21°C

Lavrov: "Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur"

17.01.17 14:50 680
Lavrov: "Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur"
"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır".
APA-nın Moskva bürosunun məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziriSergey Lavrovmətbuat konfransında deyib.
O bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.
Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: "Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttindəATƏTmüşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması məsələsi ilə bağlıATƏTdaxilində konsensus yoxdur. Bunu təşkilatın üzvlərindən də maraqlanmaq olar".
banner

Oxşar Xəbərlər