• cümə axşamı, 18 aprel, 21:07
  • Baku Bakı 21°C

Lavrov: "Bakı-Tbilisi-Qars dəmir yolunun bizimlə əlaqəsi yoxdur"

20.11.17 14:15 2111
Lavrov: "Bakı-Tbilisi-Qars dəmir yolunun bizimlə əlaqəsi yoxdur"
"Bakı-Tbilisi-Qarsdəmir yolu ilk növbədə Azərbaycan, Gürcüstan və Türkiyəyə müsbət töhfə verəcək. Bizimlə əlaqəsi yoxdur. Çünki bizim ərazilərdən keçmir".
APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziriSergey LavrovADA Universitetində müəllim-tələbə heyəti ilə görüşdə deyib. O bildirib ki, Azərbaycan Rusiya və İranla hazırda nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istiqamətində layihə həyata keçirir: "Nəqliyyat layihələri gələcəkdə məhsuldar əməkdaşlıqlara yol açır".
Nazir qeyd edib ki, Azərbaycan və Rusiya terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edir: "Biz əməkdaşlıq edirik ki, heç kəs terrorçulardan hansısa məqsədlərini yerinə yetirmək üçün istifadə edə bilməsin. Biz bunlarıSuriyada, Yaxın Şərqdə müşahidə edirik. Terrorizmlə mübarizə üçünBMTçərçivəsində əməkdaşlıq edirik. HəmçininMDBAntiterror Mərkəzi çərçivəsində əməkdaşlıq davam edir. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq bizim ümumi maraqlarımıza xidmət edən əsas sahələrdən biridir".
banner

Oxşar Xəbərlər