• cümə axşamı, 25 aprel, 11:15
  • Baku Bakı 14°C

“Lavaş ermənilərin eksklüziv çörəyi deyil”

02.12.14 13:01 1105
“Lavaş ermənilərin eksklüziv çörəyi deyil”
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, lavaş bütün regiona məxsusdur: “Reallıq odur ki, bu gün Ermənistanda lavaş bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz. UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. UNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır, ermənilərin eksklüziv çörəyi deyil”.

banner

Oxşar Xəbərlər