Latviyalılar özlərini xoşbəxt hiss etmədiklərini bildiriblər

Latviyalılar özlərini xoşbəxt hiss etmədiklərini bildiriblər

Təfsilat
09 Noyabr 2019, 10:45 763
"Eurostat”ın 25 Avropa ölkəsində keçirdiyi sorğulara əsasən özünü ən az xoşbəxt hiss edənlər latviyalılardır.
AZƏRTAC xəbər verir ki, aparılan sorğularda məlum olub ki, Latviya əhalisinin yalnız 31 faizi özünü xoşbəxt hiss etdiyini bildirib. Özlərini ən xoşbəxt hiss edənlər Belçikada (76 faiz) yaşayır.
Bundan əlavə onballıq şkala üzrə insanların həyat şəraitindən razılığı da hesablanıb. Belə ki, Avropa İttifaqı üzrə ortalama razılıq faizi 7,3 təşkil edib. Latviyada bu göstərici 6,7, Estoniyada 7, Litvada 6,4-dür. Burada ən az göstərici Bolqarıstanda (5,4), ən yuxarı isə Finlandiyada (8,1) qeydə alınıb.