AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Latviyalı deputat ermənilərin Gəncədə törətdiyi terror aktını qəti şəkildə pisləyir

Latviyalı deputat ermənilərin Gəncədə törətdiyi terror aktını qəti şəkildə pisləyir

Cəmiyyət
17 Oktyabr 2020, 17:27 456

Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması dünya ictimaiyyətini narahat edir və ölkəmizin dostlarının hiddətinə səbəb olur.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Latviya Respublikası Seyminin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun sədri Romans Naudinşin Milli Məclisinin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinə ünvanlandığı məktubda beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilən bu terror aktı qəti şəkildə pislənilir.

Qeyd edilir ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Bu akt atəşkəs haqqında əldə edilmiş razılaşmadan sonra baş verib. Buna görə də bu hadisə ilə bağlı beynəlxalq səviyyədə istintaq tədbirləri aparılmalı və buna cavabdeh olan, yaşayış məntəqələrinin atəşə tutulması barədə əmr verən şəxslər müəyyən edilməlidir.