• cümə, 19 Aprel, 22:41
  • Baku Bakı 24°C

Latviya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir

23.08.17 16:55 1538
Latviya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir
Avqustun 23-də "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Latviya Respublikasının Azərbaycandakı səfiri Yuris Maklakovsla görüşüb. Görüş ictimai birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi qrant müsabiqəsinə təqdim etdiyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində mövzusunda beynəlxalq konfransın keçirilməsi” adlı layihəsi çərçivəsində baş tutub.
E.Orucova səfir Y.Maklakovsa layihənin məqsədi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində şahid ifadələrinə əsasən hələ də əsir-girovluqda saxlanılan şəxslər, taleyi bu günə kimi naməlum olan itkin düşmüş hesab olunan soydaşlarımız, həmçinin qəbul olunmuş beynəlxalq hüquq normalarına zidd olaraq zorakılığa məruz qaldıqdan sonra azad edilmiş insanlar haqqında geniş məlumat verib.
Səfir Y.Maklakovsa ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ məsələsində ölkəmizin mövqeyini dəstəklədiyini deyib.
Görüş zamanı səfirə əsir, girov götürülmüş və itkin düşmüş şəxslərlə bağlı əyani vəsaitlər-açıqça və təqvimlər təqdim edilib.
Qeyd edək ki, layihə çərçivəsində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün 25 ildən artıq davam edən humanitar problemin həllinə dəstək məqsədilə "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbərliyi ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin səfirliklərində və beynəlxalq təşkilatların ofislərində görüşlərini davam etdirir.
banner

Oxşar Xəbərlər