• cümə, 29 Mart, 00:05
  • Baku Bakı 7°C

Lahıc sənətkarları sənət nümunələrini evlərində hazırlayırlar

26.04.20 15:00 912
Lahıc sənətkarları sənət nümunələrini evlərində hazırlayırlar
Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində İsmayıllı rayonunun Lahıc qəsəbəsində el sənətini yaşadan sənətkarlar "Evdə qal” çağırışına qoşularaq hazırda evlərində çalışırlar.
İsmayıllı Regional Mədəniyyət İdarəsindənAZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilboyu istər yerli, istərsə də xarici turistlərin axın-axın gəldiyi, qələbəlik hökm sürən qəsəbədə indi tam sakitlikdir. Məşhur misgər Nəzər Əliyev, yəhər ustası Babil Məmmədov, papaqçı Abdulla Dadaşov kimi sənətkarlar hazırda evlərində çalışırlar.
"Hər gün gələn çoxsaylı turistlərə xeyli vaxt sərf edirdik. Bizim əl işləri hər kəsi çox maraqlandırırdı. Çoxsaylı suallarını cavablandırırdıq. İndi evdə kifayət qədər çalışırıq. Sağlıq olsun, dünyamız koronavirus bəlasından xilas olar, yenidən seximizə qayıdarıq. Onda turistlərə daha çox, daha gözəl sənət nümunələri təqdim edərik”,-deyə 58 yaşlı misgər Nəzər ƏliyevAZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində söyləyib.
Misgər "Evdə qal” çağırışına lap ilk vaxtdan qoşulduqlarını bildirərək onu da əlavə etdi ki, evdə qal evdə otur demək deyil. Əksinə, vaxt tapıb indiyədək görə bilmədiyimiz işləri görmək vaxtıdır. "Evdə qal, sağlam ol. El sənətini yaşat ki, bu sənət nümunələri evləri gəzsin”, -deyə bildirib.

banner

Oxşar Xəbərlər