• cümə, 29 Mart, 14:47
  • Baku Bakı 14°C

ÇL-nin pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

03.08.17 09:10 1630
ÇL-nin pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikincigün 14 cüt münasibətlərini aydınlaşdırıb.
Bu cütlərdən 9-u "Qarabağ” kimi Çempionlar yolunda mübarizə aparırdı. Azərbaycan çempionu məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək. Çünki Çempionlar yolunun 10 cütünün qalibi növbəti raundda 5 cütlük təşkil edəcək.
Liqa yolunda keçiriləcək 5 cütün qalibini isə daha çətin sınaq gözləyir. Onlar pley-offda "Sevilya”, "Napoli”, "Liverpul”, "Hoffenhaym” və "Sportinq” kimi rəqiblərlə qarşılaşacaq. III təsnifat mərhələsində uduzacaq 15 komanda isə Avropa Liqasının pley-offunda mübarizə aparacaq.
Qonşu Türkiyə təmsilçisi "Başakşəhər” öz meydanında "Brügge” ilə qarşılaşıb. Səfərdə məhsuldar heç-heçə edən türkiyəlilər evdə 2:0 hesablı qələbə ilə turu keçiblər.
Qeyd edək ki, pley-offun püşkatması avqustun 4-də keçiriləcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu
3 avqust
BATE (Belarus)- "Slaviya” (Praqa, Çexiya) - 2:1
Qollar:Sinyeviç, 5, Staseviç, 46 - Şkoda, 44
İlk oyun – 0:1
APOEL (Kipr) -"Vitorul” (Rumıniya)-4:0 (əlavə vaxtda)
Qollar:Karlao, 54, Merkis, 93, de Kamarqo, 90+4, Efrem, 105
İlk oyun – 0:1
"Kopenhagen” (Danimarka)- "Vardar” (Makedoniya)- 4:1
Qollar:Qrequs, 2, Lüftner, 26, Santander, 75, Sotriu, 88- Nikolov, 19
İlk oyun - 0:1
"Ludoqorets” (Bolqarıstan)- "Hapoel” (Beer Şeva, İsrail) - 3:1
Qollar:Vanderson, 9, 33, Marselinyo, 56 - Qadir, 61
İlk oyun – 0:2
"Hafnarfyordur” (İslandiya)-"Maribor” (Sloveniya) - 0:1
Qol:Tavares, 90+2
İlk oyun – 0:1
"Olimpiakos” (Yunanıstan) -"Partizan” (Serbiya)- 2:2
Qollar:Qarsela Qonzales, 22, Fortunis, 51 - Sumah, 33, Curceviç, 88
İlk oyun – 3:1
"Legiya” (Polşa) -"Astana” (Qazaxıstan) - 1:0
Qol:Çervinski, 76
İlk oyun – 1:3
"Riyeka” (Xorvatiya) -"Zalsburq” (Avstriya)- 0:0
İlk oyun – 1:1
"Rusenborq” (Norveç)-"Seltik” (Şotlandiya) - 0:1
Qol:Forest, 69
İlk oyun – 0:0
Liqa yolu
MOİK (Moskva, Rusiya) -AEK (Yunanıstan)-1:0
Qol:Naço, 74
İlk oyun – 2:0
"Başakşəhər” (Türkiyə) -"Brügge” (Belçika)- 2:0
Qollar:Adebayor, 7, Viska, 34
İlk oyun – 3:3
"Viktoriya” (Çexiya) - "Styaua” (Rumıniya) - 1:4
Qollar:Krmençik, 64 - Balaşa, 27, Teyşeyra, 71, Tanase, 76, Alibek, 79 (pen.)
İlk oyun - 2:2
"Yanq Boyz” (İsveçrə) - "Dinamo” (Kiyev, Ukrayna) - 2:0
Qollar:Oarao, 13, Mvula, 89
İlk oyun – 1:3
"Ayaks” (Hollandiya)-"Nitsa” (Fransa) - 2:2
Qollar:Van den Bek, 26, Sançez, 57 - Suket, 3, Marsel, 79
İlk oyun – 1:1
banner

Oxşar Xəbərlər