• cümə, 19 Aprel, 01:34
  • Baku Bakı 18°C

ÇL-də yeni mövsüm rekordla başladı

14.09.17 12:10 1199
ÇL-də yeni mövsüm  rekordla başladı
Çempionlar Liqasının yeni mövsümü rekordla başlayıb.
Kaspi.az xəbər verir ki, rekord qrup mərhələsinin ilk turunda vurulan qol sayında qeydə alınıb. İlk turun 16 oyununda qapılara 54 qol vurulub.
İlk oyun günündə komandalar 28 dəfə fərqlənmişdi. İkinci oyun günündə isə qapılara daha 26 qol vurulub. Statistik göstərici ÇL-in bu formatda keçirilməsindən sonraya aiddir.
2000/2001 mövsümün ilk turunda qapılara 63 qol vurulmuşdu. Ancaq həmin vaxt turnirin formatında ikinci qrup mərhələsi də olurdu.
banner

Oxşar Xəbərlər