• cümə axşamı, 25 aprel, 15:50
  • Baku Bakı 23°C

Kürdlərə endirilən zərbələr ABŞ hərbçiləri üçün təhlükə yaradıb

27.04.17 23:59 720
Kürdlərə endirilən zərbələr ABŞ hərbçiləri üçün təhlükə yaradıb
Dövlət Departamenti: Türkiyənin kürdlərə endirdiyi zərbələr ABŞ hərbçiləri üçün təhlükə yaradıb
Türkiyənin kürdlərinSuriyavə İraqdakı mövqelərinə endirdiyi zərbələr ABŞ hərbçilərinin həyatı üçün təhlükə yaradıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
"Biz çox yüksək səviyyədə Türkiyə hökumətinə tam aydın şəkildə onların addımlarından dərin narahatlığımızı ifadə etdik. Onlar nəinki addımlarını koalisiya ilə əlaqələndirməyiblər, hətta, həmin rayonda olan ABŞ hərbçilərinin həyatı üçün ciddi təhlükə yaradıblar”, - deyə Toner qeyd edib.
"ABŞ Türkiyənin PKK ilə bağlı narahatlıqlarını anlayır, lakin Vaşinqton bununla razı deyil. Biz onlara (Türkiyəyə-red.) addımlarını bizimlə və koalisiya ilə tam əlaqələndirməli olduğunu aydın şəkildə izah etdik”, deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyə Hərbi-HavaQüvvələri aprelin 25-də kürd terror qruplaşmalarının (PKK, PYD, YPG)Suriyavə İraqdakı mövqelərinə güclü zərbələr endirib.
Ankara bundan əvvəl dəfələrlə Vaşinqtonu PYD və YPG-ni silahlandırmaqda ittiham edib. ABŞ İŞİD-lə mübarizədə kürd terror qruplaşmalarını müttəfiq hesab edir.
Ərdoğan, Türkiyənin kürd terrorçularına qarşı keçirilən əməliyyat barədə Rusiya, ABŞ və digər tərəfdaş ölkələri əvvəlcədən xəbərdar etdiyini bəyan edib.
Moskva zərbələrin qəbuledilməz olduğunu, əməliyyatlar barədəİraqvəSuriyahökumətlərinin məlumatlandırılmalı olduğunu bildirib.
banner

Oxşar Xəbərlər