• cümə axşamı, 25 aprel, 04:39
  • Baku Bakı 19°C

Kürdəmirdə indiyədək 67 nəfər koronavirusa yoluxub, 17 nəfər sağalıb

26.05.20 09:22 503
Kürdəmirdə indiyədək 67 nəfər koronavirusa yoluxub, 17 nəfər sağalıb
Kürdəmirin bir kəndində virusa tutulanların sayı 21-ə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sığırlı kəndində 21 nəfərdə virus aşkarlanıb.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli KərimliAPA-nın yerli bürosuna bildirib ki, indiyə kimi rayon üzrə koronavirusa 67 yoluxma faktı qeydə alınıb. Onlardan 17 nəfər sağalaraq evə buraxılıb. Əsas yoluxma Sığırlı kəndində qeydə alınıb - 21 fakt. Bundan başqa, Kürdəmir şəhərində 20, Yenikənd kəndində 8, Atakişilər kəndində 7, Qağaçılı kəndində 3, Qarşıdakı kəndində 3, Şüşün kəndində 3, Topalhəsənli kəndində 1, Şahsevən kəndində də 1 nəfərdə koronavirus aşkarlanıb.
Ağəli Kərimlinin sözlərinə görə, hazırda Sığırlı kəndi istisna olmaqla, rayonun digər ərazilərində son günlərdə insanlarda virus aşkarlanmayıb: "Sığırlı kəndində də vəziyyət tam nəzarətə götürülüb. Belə ki, virusa tutulanların sayında hər gün azalmalar müşahidə olunur.
Ötən gün axşam saatlarından bu vaxta kimi 4 nəfərdə virus aşkarlanıb. Vəziyyətin stabilləşməsi üçün müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür”.
banner

Oxşar Xəbərlər