• cümə axşamı, 28 mart, 12:58
  • Baku Bakı 16°C

Kür və Arazda çirklənmə vəziyyətini öyrənmək məqsədilə son monitorinqin NƏTİCƏLƏRİ açıqlandı

24.09.17 13:00 1137
Kür və Arazda çirklənmə vəziyyətini öyrənmək məqsədilə son monitorinqin NƏTİCƏLƏRİ açıqlandı
Kür və Araz transsərhəd çaylarında çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqlərin nəticələri açılanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının I ongünlüyünə nisbətən 9.3 m3/san artaraq 66.3 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3, Ağstafaçayda və Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Sentyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.99-7.2 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
banner

Oxşar Xəbərlər