• cümə, 29 Mart, 03:49
  • Baku Bakı 7°C

Kümçülərə verilən ipəkqurdunun məhv olmasına rəsmi münasibət

26.05.20 14:08 650
Kümçülərə verilən ipəkqurdunun məhv olmasına rəsmi münasibət
Ağdam rayonunda kümçülərə verilən ipəkqurdu məhv olur.
Bu barədəAPA-nın yerli bürosuna rayonun İmamqulubəyli kəndindən olan bir qrup kümçü məlumat verib.
Kümçülərin sözlərinə görə, becərdikləri ipəkqurdu yatdığı yuxudan oyanmır.
Bildirilib ki, yuxudan oyanan ipəkqurdu isə köhnə qabıqdan çıxa bilmir və bu səbəbdən də ipəkqurdu ölür.
Qeyd olunub ki, ipəkqurdunun kütləvi məhv olması rayonun müxtəlif yaşayış məntəqələrində də qeydə alınıb. Kümçülər buna səbəb​ kimi ipəkqurdu sürfələrinin yetişdirilməsi zamanı temperatur nizamlanmasında səhvə yol verildiyini bildirirlər. ​
Kənd​ Təsərrüfatı Nazirliyi (KTN) məsələyə münasibət bildirib. Nazirliyin mətbuat katibi Vüqar HüseynovAPA-ya bildirib ki, hava şəraitinin kəskin dəyişməsi səbəbindən və ya ipəkqurdunda müqavimət zəif olduğundan ölmə halları ola bilər, lakin kütləvi ölüm halları qeydə alınmayıb.
"İstisna deyil ki, ipəkqurdunun ölməsi müəyyən səbəblərdən ola bilər. Bu ya kümçülərin onlara baxa bilməməsi, natəmizlik və yaxud temperaturun aşağı düşməsi səbəbindən baş verə bilər. Belə olduğu təqdirdə baramaqurdunun 20-30%-da ölüm halları olar bilər. Nazirliyin mütəxəssisləri Ağdam rayonunun kümçüləri ilə görüşüb. Mütəxəssislər tərəfindən sarmağa hazır olan və yuxuya hazırlaşan baramalar ayrılıb”, - deyə V. Hüseynov vurğulayıb.
Nazirlik rəsmisi qeyd edib ki, kümçülər qurum tərəfindən ipək qurdu ilə təmin olunur, onlara baxmaq isə birbaşa kümçülərin işidir.
banner

Oxşar Xəbərlər