• cümə, 19 Aprel, 20:18
  • Baku Bakı 24°C

Külək davam edəcək

24.07.17 13:10 970
Külək davam edəcək
İyulun 25-də Bakı və Abşeron yarımadasındahavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 27-dək Abşeron yarımadasında arabir güclənən davamlı xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər