• cümə, 29 Mart, 15:55
  • Baku Bakı 14°C

Kukla teatrı

27.09.19 15:45 4348
Kukla teatrı
Kukla teatrı – aktyorun kuklaları idarə etdiyi (və ya onlarla birgə oynadığı), xüsusi teatr növüdür.
Kukla teatrının mənşəyi təbiət qüvvələrini təcəssüm etdirən, allahların simvollaşdırılmış bütpərəstlik ayinlərindən başlanır. İlk mərasim kuklalarına ibtidai qəbilələrin himayəçi totemlərinin təsvirlərini aid etmək olar.
Günümüzdə kukla teatrları anlayışı bir çox forma və növləri özündə ehtiva edir.
Kukla teatrının növdaxili təsnifatının bir çox prinsipləri mövcuddur. Onların arasında ən geniş yayılmışları sosial fəaliyyət prinsipinə görə, kuklaların növləri və onların idarə olunma qaydalarına görə təsnifatdır.
Sosial fəaliyyət prinsipinə görə təsnifat
Bu təsnifat çərçivəsində kukla teatrının aşağıdakı əsas istiqamətlərini müəyyən etmək olar.
Ritual – mərasimlər kukla teatrlarının ən qədim formasıdır. Hələ b.e.ə 16-cı əsrdə Misirdə Osiris və İsida haqqında kukla misteriyaları vardı. Kukla oyunları haqqında məlumata Herodotda, Aristoteldə, Horatsidə, Mark Avrelidə, Apuleydə və digərlərində rast gəlinir.
Ritual-mərasim Kukla teatrları daha çox milli adətlərlə sıx bağlı olan ənənəvi teatrlardır. Bu istiqamət üzrə Şərqin bir çox kukla teatrı növləri inkişaf edib: İndoneziyanın vayanqı, Yaponiyanın dzerurisi, Hindistan, Çin və digər xalqların kukla teatrları.
Bu ritual mərasimlərinə xristian teatr ənənələri də daxildir. 11-16-cı əsrlərdəki Avropa misteriyalarında kuklalar iştirak edirdi (marionet termini Məryəm Ananı əks etdirən misteriyalardakı oyuncaq kuklaların adından yaranmışdır). Avropa mərasim-ritual kukla teatrlarının sonraki nümunələri (Miladdan bəri) bu günümüzəcən saxlanılıb: El Pastorets (Kataloniya), Vertep (Ukraniya və Rusiya), Batleyka (Belorus), Malanka (Moldova), Şopka (Polşa), və digərləri. Mərasim-ritual kukla teatrları,adətən,qeyri-peşəkar aktyorlar tərəfindən oynanılırdı və burada əsas məqsəd tamaşa deyil, misteriyanın nümayişi idi.
Piter Şumanın "Bread and Puppet” (Çörək və kukla) teatrı misteriyalarının hazırlanması istiqamətində fəaliyyət göstərən unikal teatrdır.
Xalq satirik kukla teatrı. Bu növün başlanğıcı qədim Romada atellananın (Atella şəhərindən qədim Kampaniyacan) improvizə olunmuş səhnəcikləri hesab olunur. Maraqlı satirik səhnələr tipikləşdirilmiş personajlar üzrə bölünüb tamaşa qurulur; onlardan biri olan Makk xalq teatrının komik kukla personajının əsas proobrazıdır. Müxtəlif ölkələrdə bu personajlar – təlxəklər bənzər zahiri görkəmə sahib olur: yekəbaş, qarmaq burun, donqarlı. Hindistan teatrında bu – Viduşaka, türklərdə - Qaragöz, Orta Asiyada – Palvan Keçəl (Keçəl pəhləvan), italyanlarda –Pulçinella, ingiltərədə -Panç, almanlarda – Qansvurst, fransızlarda – Polişinel, belçikada – Voltye, ruslarda – Petruşka (Pyotr İvanoviç Uksusov, Vanka Ratatuy) və digərləri. Bu personaj ən qədim arxayik proteatrın mühüm əlamətlərini özündə birləşdirir .Teatrın bu istiqaməti əsasən səyyar aktyorlar tərəfindən inkişaf etdirilirdi. Satirik xalq kukla teatrı şərtiliyi, minimalist tərtibatı və digər təsviri vasitələri, içərisində mühüm mövzuları improvizə edən asan, standart sujet xətti ilə xarakterizə olunur.
Uşaqlar üçün kukla teatrı. Əsasən, nağıllar əsasında hazırlanır. Bir qayda olaraq, iki funskiyanı daşıyır: tərbiyələndirici və əyləndirici. Onun gücü didaktik xarakterindədir.
Bu təsnifat çərçivəsində kukla teatrının bir sıra əlavə istiqamətlərini də ayıra bilərik.
-Alleqorik və simvolik teatr (böyük tamaşaçı auditoriyası üçün)
- Kütləvi və kollektiv bayram teatrı (nəhəng kuklalar tamaşaçılarla birbaşa əlaqə qurur və onları qarşılıqlı ünsiyyətə çağırır);
- Tibbi teatr (kukladan müəyyən psixi pozğunluqları və hərəkət fəaliyyətini müalicə etmək üçün istifadə edilir).
Kukla teatrının kuklaların növünə və idarə olunmasına görə təsnifatlaşdırılması peşəkar xarakter daşıyır, çünki adətən bir tamaşada müxtəlif kukla növlərindən istifadə olunur.
Ən məhşur kukla növləri: Əlcək kuklalar (həmçinin barmaqla idarə olunan), qamış, marionet və həcmsiz kuklalar (kölgə teatrlarında istifadə olunur), avtomat kuklalar (mexaniki). Müasir kukla teatrlarında geniş yayılmış formalardan biri "canlı plan” adlanır, burada aktyor tamaşaçıların gözü önündə kuklanı açıq şəkildə idarə edir, bəzən də onunla birgə hərəkət edir. Personajı canlandıran və aktyor tərəfindən idarə olunan kuklanın hazırlanmasında istənilən predmetdən – məişət əşyasından tutmuş xüsusi hazırlanmış materiala qədər - istifadə olunur. Bu teatrda geniş yayılmış üsullardan biridir.
Kukla teatrının bu cür təsnifatı şərti xarakter daşıyır. Sözügedən növlər qarşılıqlı əlaqədədir. Məsələn, İndoneziya ritual-mərasim teatrı vayanq özündə müxtəlif vayanq-kulit (kölgə teatrında dəri həcmsiz kuklalar), vayanq-kelitik (düz qamış kuklaları), vayan-qolek (həcmli taxta kuklalar teatrı) kimi növləri özündə birləşdirir. Uşaqlar üçün kukla teatrlarında kuklaların bütün növlərindən istifadə olunur. Marionetlər isə satirik xalq teatrında daha geniş yayılmışdır.

Müəllif: Tatyana Şabalina
Tərcümə edən: Razimə İsmayılova

banner

Oxşar Xəbərlər