• çərşənbə, 24 Aprel, 12:14
  • Baku Bakı 27°C

“Kuboku Azərbaycan xalqına hədiyyə edəcəyik“

28.02.14 13:40 1418
“Kuboku Azərbaycan xalqına hədiyyə edəcəyik“
“Təəssüf ki, bundan öncə iştirak etdiyimiz hər 2 “Dördlər finalı”nın heç birində kuboku başımız üzərinə qaldıra bilmədik. Bu da onu göstərir ki, həqiqətən də, qələbə üçün nəsə çatmırdı. Bu üzdən də Bakıdakı həlledici mərhələyə daha səylə hazırlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Nataşa Krsmanoviç deyib.
2009/2010 mövsümünün pley-off mərhələsində Bakı klubuna transfer olunan və bu komanda ilə 4 dəfə Azərbaycan çempionu adını qazanan serbiyalı blokçu Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. 29 yaşlı Krsmanoviç 2011-ci və 2013-cü illərdə qitənin ən nüfuzlu klub turnirində nail ola bilmədikləri çempionluğu bu dəfə bayram edəcəklərinə inanır:
“Təcrübə və bacarığımızdan istifadə edib, komanda oyunu üzərində çalışmışıq. Yoxlama oyunları da bu mənada işimizə çox yarıyacaq. Səbirsizliklə həlledici qarşılaşmaları gözləyirik. Biz orada ən yaxşı oyunumuzu göstərib, azarkeşlərimizi sevindirmək, onların inamını qaytarmaq istəyirik. İnanıram ki, biz Çempionlar Liqasını qazanıb, bu qələbəni Azərbaycan xalqına və fanatlarımıza hədiyyə edəcəyik”.
Qeyd edək ki, 2 dəfə Çempionlar Liqasının finalında uduzaraq gümüş medalla kifayətlənən “Rabitə” martın 15-16-da Bakıda keçiriləcək həlledici mərhələnin yarımfinalında Kazan “Dinamo”su ilə oynayacaq.
banner

Oxşar Xəbərlər