• çərşənbə, 30 Sentyabr, 06:23
  • Baku Bakı 22°C

Kubalı boksçunu ABŞ-da güllələdilər

26.12.19 11:18 720
Kubalı boksçunu ABŞ-da güllələdilər
Kubalı peşəkar boksçu Yendris Rodriges Valdes güllələnib.
Kaspi.az xəbər verir ki, Valdes ABŞ-da işlədiyi donuz fermasında mübahisə zəminində öldürülüb. O, Milad bayramı ərəfəsində fermada donuz kəsərək pul qazanırmış.
İlkin məlumata görə, boksçu fermada onunla birgə işləyən şəxslə mübahisə edib. O isə Valdesi güllələyib.
Valdes rinqdə son döyüşünü bu ilin dekabrın 21-də keçirmiş və qalib gəlmişdi. 30 yaşlı boksçunun məşqçisi mətbuata açıqlama verərək hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
banner

Oxşar Xəbərlər