• şənbə, 20 Aprel, 06:05
  • Baku Bakı 14°C

Kuba hökuməti: ABŞ-ın yeni siyasəti heç bir nəticə verməyəcək

17.06.17 10:10 588
Kuba hökuməti: ABŞ-ın yeni siyasəti heç bir nəticə verməyəcək
ABŞ-ın Kubaya qarşı yeni siyasəti heç bir nəticə verməyəcək
APA-nın verdiyi xəbərə görə, bu barədə Kuba hökumətinin bəyanatında bildirilir.
"Blokadanın gücləndirilməsinə yönələn tədbirlər əvvəllər olduğu kimi heç bir nəticə verməyəcək, xalqımızınsınmaz iradəsini sarsıda bilməyəcək. Kuba 70 il ərzində olduğu kimi, indidə istənilən təcavüzə qarşı müqavimət göstərməyə hazırdır”, bəyanatda deyilir.Sənəddə həmçinin vurğulanırki, Kuba hökuməti qarşılıqlı maraq doğuran sahələrdə rəsmi Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv edib. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyətin gərginləşdirilməsində ittiham edib.
banner

Oxşar Xəbərlər