• cümə, 29 Mart, 18:10
  • Baku Bakı 14°C

Kuba ABŞ-ın yeni sanksiyalarını gücsüzlüyün təzahürü adlandırıb

19.10.19 11:53 416
Kuba ABŞ-ın yeni sanksiyalarını gücsüzlüyün təzahürü adlandırıb
"Kubaya ixracatın məhdudlaşdırılmasına yönəlmiş ABŞ-ın yeni sanksiyaları gücsüzlüyün təzahürüdür”.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bunu cümə günü Kuba prezidenti Miqel Dias-Kanel Tvitter hesabında yazıb.
Prezident əlavə edib ki, ABŞ Kubanın blokadasını gücləndirmək üçün yeni tədbirlərə əl atır: "Bu qadağalar gücsüzlüyün, mənəvi deqradasiyanın və imperiya hörmətsizliyinin ifadəsidir. Bunlar qətiliklə rədd etdiyimiz qeyri-insani, qəddar və ədalətsiz hərəkətlərdir”.
Qeyd edək ki, sənədə görə, ABŞ Kubaya bir sıra məhsulların ixracını sərtləşdirib. Sanksiyalar Kubaya daşınmanı həyata keçirən təyyarə və gəmilər üçün əvvəllər verilmiş bütün lisenziyaların bir həftə ərzində ləğv ediləcəyini və yeni tətbiqlərin ediləcəyini nəzərdə tutur.
banner

Oxşar Xəbərlər