• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər

26.05.17 10:40 1416
Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu vergi ödəməkdən yayındığı üçün 5 il müddətinə həbs oluna bilər.
"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, İspaniyanınMaliyyə Nazirliyiportuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəkləyib. Dövlət orqanlarının hesablamalarından sonra Ronaldunun 2011 - 2013-cü illərdə 600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib. Bu qayda pozuntusunu cinayət kimi qəbul edərək, 32 yaşlı oyunçunu 5 il müddətinə həbs edə bilərlər.
Buna baxmayaraq, Maliyyə Nazirliyi etiraf edib ki, hökmün çıxarılmasına müxtəlif yumşaldıcı amillər - futbolçunun öz günahını etiraf etməsi və gizlətdiyi məbləği tam ödəməsi təsir edə bilər.
banner

Oxşar Xəbərlər